Nəsimidə Ramazan bayramı münasibətilə tədbir keçirildi – Fotolar

Nəsimidə Ramazan bayramı münasibətilə tədbir keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə İmperial şadlıq sarayında “Milli-mənəvi dəyərlərimiz” adlı bayram tədbiri keçirlib və iftar süfrəsi təşkil edilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, Millət vəkilləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, 20 Yanvar və Çernobıl əlilləri iştirak ediblər.

İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda və eləcə də Nəsimi rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığını nümayiş etdirir: “Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələri daha da möhkəmlənir, bir çox məscid və dini ibadət yerləri əsaslı təmir olunur. Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini davam etdirir. Ümumilli lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir”.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Bayram ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı adından rayon ərazisində yaşayan 200 şəhid və qazi ailəsinə, həmçinin 1000 nəfərə yaxın aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb.