backend

Nəsimidə parkın açılışı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə  geniş miqyaslı abadlıq işləri aparılıb, mövcud ağaclar budanıb,  aparılmış yenidənqurma işlərindən sonra  istirahət parkı sakinlərin istifadəsinə verilib.  

Rayon İH-dən TİA.AZ-a daxil olan xəbərə görə, parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılıb. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılıb. Ərazinin yaşlı sakinləri də diqqətdən kənarda qalmayıb, parkda onların da istirahəti üçün xüsusi guşə yaradılıb.
 
Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə   10 may 2017-ci il tarixdə istirahət parkı bayram əhval ruhiyyəsi ilə sakinlərin istifadəsinə verilib.

İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva ərazinin sakinləri   ilə söhbət aparıb.