Nəsimidə növbəti “Abad həyət” istifadəyə verildi – Fotolarbackend

Nəsimidə növbəti “Abad həyət” istifadəyə verildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rayonda həyata keçirilən silsilə tədbirlər çərçivəsində abadlıq və quruculuq işləri istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Aparılan abadlıq və yenidənqurma işləri nəticəsində 800-dən artıq sakinin yaşadığı S.Vurğun küçəsi 112 saylı 14 girişli, 5 mərtəbəli binanın yerləşdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq S.Vurğun küçəsi 112 saylı binanın fasadı və 60-dan çox qəzalı vəziyyətdə olan eyvanlar əsaslı təmir edilib, yağış suları axıdan borular və navalçalar yenilənib, binanın giriş qapı və pəncərələri dəyişdirilib. İstinad divarları aqlay daşla üzlənib.

Görülmüş işlər çərçivəsində binanın həyətinə 2000 kv.m-dən artıq asfalt örtüyü, 400 kv.m tamet daşı vurulub, 500 kv.m qazon salınıb, 400 p.m-ə yaxın yeni bardürlər qoyulub. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutular qoyulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə 2 ədəd söhbətgah və 4 ədəd oturacaq qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb. Mövcud fəvvarə kompleksi yenidən qurulub.

50 ədəd dekorativ ağac və 500-dən artıq mövsümi çiçəklər əkilib. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Yaşıllıqların suvarılması üçün su xətti çəkilib. Həyətdə 10 nöqtədə işıqlandırma sistemləri və təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Rayon ərazisində fevral ayından başlayaraq hər həftənin şənbə və bazar günləri müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.