Nəsimidə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi – Fotolar

Nəsimidə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Müasir və müstəqil Azərbaycan Onun adı ilə bağlıdır” adlı tədbir keçirilib. Tribunainfo.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, şəhid ailələri, müharibə əlilləri, iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə RİH-nin binasında Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları Heydər Əliyevin adı ilə bağlıdır:

“Xalqların və ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətlərdən sayılır. Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim –“azərbaycançılıq” ideologiyasını da yaratdı. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir”.

Tədbir müğənnilərin və Uşaq İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun çıxışları ilə başa çatıb.