Nəsimidə Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi – Fotolar

Nəsimidə Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının və Azərbaycan Dillər Universietinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tribunainfo.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyıtinin Başçısı Asif Əsgərov, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, YAP Nəsimi rayon Təşkilatının sədri Azər Süleymanov, Vətən müharibəsi şəhid ailələri, Vətən müharibəsi əlilləri, universitetin müəllim kollektivi və bir qrup tələbələr iştirak edib.

Əvvəlcə Universitetin foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətləri var.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, bu gün Azərbaycan Respublikası hüquqi-demokratik ölkə kimi gələcəyə doğru uğurla addımlayır: “Qazanılan hər bir uğur hər bir soydaşımızda hədsiz qürur doğurmaqla bərabər, başqa bir həqiqəti – Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin ucalığını və böyüklüyünü də dərindən dərk etmək imkanı yaradır. Ulu Öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə, vətəndaş həmrəyliyinə və ölkəsinin mənəvi bütövlüyünə nail olmuşdur. Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Biz özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin və gələcək nəsillərin böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi”.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Nəsimi Bələdiyyəsinin dəstəyi ilə hazırlanan “Ən böyük Azərbaycanlı” adlı filimin təqdimatı keçirilib .