Nəsimi Rayon İcra Hakimiyyətində 2 Fevral – Gənclər Gününə həsr olunmuş 100 nəfərdən çox qonağın iştirakı ilə bayram tədbiri keçirilib.
TİA.AZ xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi RİH başçısı Asif Əsgərov qeyd edib ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli lider Heydər Əliyev 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə Gənclər Forumu keçirildi və Ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.
Bildirib ki, gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 34 nominasiya üzrə gəncə Nəsimi RİH-nin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub.




