Nəsimidə “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirildi – Fotolar

Nəsimidə “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Dillər Universiteti ilə birgə “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirib.

Tribunainfo.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil müəssisələrinin pedaqoji kollektivi və gənclər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları əl işlərindən ibarət sərgi ilə tanış olub.

Gənclər çay süfrəsi arxasında COP 29-la bağlı fikir mübadiləsi ediblər. Sonra dəyirmi masa arxasında müzakirələr davam edib. Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbiri giriş sözü ilə açaraq COP 29-un əhəməyyəti barədə geniş məlumat verib.

Sonra Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev çıxış edərək bildirdi ki, iqlim dəyişikliyi ilə sülh və əməkdaşlığın bir-birinə fəlsəfi və siyasi-nəzəri səviyyədə bağlandırılması çox mühüm məqamdır.

Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Könül Qasımlının təqdimatında iqlim dəyişikliklərinin qlobal miqyasda təsirləri barədə videoçarx nümayiş etdirildi.
Tədbirin sonunda yekun sözlə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva gənclərə dərin minnətdarlığını bildirib və qeyd etib ki, gənclər hər zaman göstərdiyi bacarıqları, bilikləri, milli dəyərləri, qonaqsevərliyi və birlikləri ilə bu tədbirlərdə fəal iştirak edirlər: “Onuda qeyd etməliyik ki, bu gün biz COP tarixində “Azərbaycan möhürü”ndən qürurla danışa bilərik. Bu, sülh, əməkdaşlıq, həmrəylik, humanitarlıq və tərəfdaşlıqla ekoloji faktorun bir-birini tamamlaması nümunəsi kimi dünya üçün yenilikdir. Bu cür qiymətləndirmənin kökündə ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi-diplomatik kursun dayandığını vurğulamalıyıq. Bunların fonunda keçən əsrin 90-cı illərində Heydər Əliyevin dürüstlüyü, humanitarlığı, ədalət və hüquqa üstünlük verməsi ilə müstəqil bir dövlətin başçısı olaraq beynəlxalq siyasət meydanındakı rolu bu gündə hiss edilir”.