Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən 2024-cü ilin aprel ayında səyyar qəbullar və yerlərdə görüşlər keçirilib. Tribunainfo.az xəbər verir ki, keçirilən səyyar qəbul və görüşlərdə 500-dən çox sakinin iştirakı ilə 40-dan çox müraciət dinlənilib.
Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, binaların, xüsusilə fasadların təmir olunması, mənzil növbəsinə götürülmə, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin, liftin təmiri, küçə və həyətlərin işıqlandırılması, həyətlərdə mühafizə kameralarının və quraşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi, həyətdə avtomobillər üçün dayanacaq sahəsinin təşkili və s. məsələlərlə bağlı olub.
Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.
Qəbullar və görüşlər zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, rayon ərazisində görülən işlər, xüsusilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilib.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılıb.