Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “NİAQARA“ şadlıq sarayında rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayonun inzibati orqanlarının rəhbərlərinin, rayon ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icma nümayəndələrinin, Vətən Müharibəsi Şəhid ailələrinin, qazilər və QHT rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə çərçivəsində 26-İyun Silahlı Qüvvələr Günü tədbiri keçirilib.
Tribunainfo.az xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 26-İyun Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.
O, ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu bildirərək bu siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.
Tədbirin bədii hissəsində tanınmış incəsənət ustalarının ifaları dinlənilib.