Nəsimi rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi

Nəsimi rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunun  bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olundu. Bununla əlaqədar məktəblərdə bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların  yaddaşlarında uzun illər qalması üçün şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmışdır.
Nəsimi rayonunun ümumtəhsil müəssisələrində 30.623 şagird təhsil alır. Bunlardan 2700 nəfər 9-cu sinfi bitirib. 1847 nəfər isə 11- ci sinfi bitirir. Gələn il üçün 2500 nəfər 1-ci sinfə qəbulu gözlənilir. Bütün bu şagirdlərin təlim-tərbiyəsi ilə 2324 müəllim məşgul olur.
Keçirilən tədbirlərdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, eyni zamanda RİH-in nümayəndələri məktəblərin müəllim və şagird kollektivləri, valideynlər və digər qonaqlar iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Son Zəng” tədbirlərində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək  məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək  bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin təhsil almaları üçün dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər çür şərait yaradılıb. Belə bir mühitdə təhsil alan məzunlar Azərbaycanın inkişaf etdirilməsi üçün çalışmalı, ölkəmizin uğurlarına yeni uğurlar qazandırmaq üçün bütün qüvvələrini sərf etməlidirlər.
Xüsusi vurğulandı ki,  Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondu tərəfindən məktəblər əsaslı şəkildə təmir olunur, məktəblilərin təhsil almaları üçün lazımi şərait yaradılır. Ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan qayğı Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan diqqətinin bariz nümunəsidir.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı  müstəqil həyatın  astanasında duran məzunlara uğurlar,  ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını, eyni zamanda məktəblərin pedaqoji kollektivlərinə gələcək işlərində uğurlar arzuladı.
Tədbirlərində iştirak edən  məzunlar, onların valideynləri və müəllimləri  Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirərək, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladılar.
“Son zəng” tədbirləri  məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi.