Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Qubada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahətlərinin maraqlı və yaddaqalan keçirilməsinin təşkili ilə bağlı silsilə tədbirlər davam edir. 

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahətlərinin maraqlı və yaddaqalan keçirilməsinin təşkili ilə bağlı silsilə tədbirlər davam edir.

Növbəti tədbir olaraq Nəsimi rayon İcra Hakimiyyətinin Quba rayon İcra Hakimiyyəti ilə birgə layihəsi olan Quba rayonunda “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilmişdir.

14 iyul 2017-ci il tarixdə yeniyetmə məktəblilərin yay istirahətlərinin səmərəli keçirilməsi məqsədilə yaradılmış “Gənc İlhamçılar” düşərgəsində istirahət edəcək məktəblilərin Quba rayonuna yola salınma mərasimi təşkil olunmuşdur. Quba şəhərində yaradılmış yay istirahət düşərgəsinə rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 200 nəfər yeniyetmə-məktəbli yola salınmışdır. Düşərgəyə yola salınan məktəblilər, onların valideynlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunan yolasalma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulamışdır. Bildirilmişdir ki, düşərgənin fəaliyyəti Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olacaq, burada uşaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Quba şəhərində yaradılmış “Gənc İlhamçılar” düşərgəsinin təşkilati işləri həyata keçirilmiş, istirahətə göndərilən uşaqların və onların valideynlərinin, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüşü keçirilmiş düşərgədə istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir.
















 

Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, idman yarışları, maraqlı intellektual oyunlar təşkil ediləcək. Məktəbli yeniyetmələr böyük sevinclə avtobuslarla Qubaya yola düşmüşlər.

Yola düşməzdən əvvəl “Gənc İlhamçılar” Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzmüşlər.

“Gənc İlhamçılar”ın Quba rayon İcra Hakimiyyətinin qarşısında təntənəli qarşılanma mərasimi keçirildi. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov Nəsimi məktəblilərini salamlayaraq onlara xoş

istirahət arzuladı. “Gənc İlhamçılar” düşərgəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısınin bariz nümunəsi olduğunu bildirdi. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən respublikamızda yeniyetmələrin intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların fəallığının artırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihə və proqramlardan danışdı. Daha sonra musiqi sədaları altında uşaqların rəqsi isə istirahət proqramını əsl bayrama çevirdi. Qarşılanma mərasimindən sonra uşaqlar düşərgədə yerləşmiş və düşərgənin ilk gününün təəssüratını nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər əsnasında paylaşdılar.