backend

Nəsimi rayonunda yeni qərargah istifadəyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində iyun ayının 12-də Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon Təşkilatının yeni qərargahı istifadəyə verildi.  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində iyun ayının 12-də Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon Təşkilatının yeni qərargahı istifadəyə verildi. 

Qərargahda  hər cür şərait yaradılıb. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon Təşkilatının yeni qərargahının açılışında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev müharibə veteranları və şəhid ailələrinə diqqət və qayğıyla yanaşır. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Azərbaycanın Respublikasının Birinci  vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan vətəndaşların, xüsusi ilə veteranların, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir. Vurğulandı ki, əlillərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritetlərindən biridir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon Təşkilatının sədri Azər Quliyev bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlər barədə məlumat verdi.  Qarabağ müharibəsi əlillərinin, şəhid ailələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.