Nəsimi rayonunda “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib – FOTObackend

Nəsimi rayonunda “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi çərçivəsində COP29-a həsr edilmiş ağacəkmə aksiyası keçirilib.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatı, Nəsimi rayon İcra Hakimiyyəti və “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti 2024-cü il 16 mart tarixində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr edilmiş ağacəkmə aksiyası keçirib.

Aksiya Nəsimi rayonunda yerləşən Zorge bağında təşkil olunub. 100-dən çox əməkdaşın iştirakı ilə sözügedən ərazidə təbii sərvətlərimizi qorumaq məqsədilə 300 ədəd “pramidal sərv” ağac növündən olan ağaclar əkilib. Yeni əkilmiş ağaclar suvarılıb və gələcəkdə mühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülüb.

Həmçinin tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.

2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi çərçivəsində bu kimi tədbirlər uğurla davam etdiriləcəkdir.