Nəsimi rayonunda “Xocalı biz qayıtmışıq!” adlı tədbir keçirildi – Fotolar

Nəsimi rayonunda “Xocalı biz qayıtmışıq!” adlı tədbir keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Tribunainfo.az xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir.

Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə Xocalı facəsinin otuz ikinci ildönümünə həsr olunmuş “Xocalı biz qayıtmışıq!” adlı tədbir keçirilib.

Tədbirdə RİH Başçısı, rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan Xocalı sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri, veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları Xocalı soyqırımına həsr olunmuş kompazisiya nümayiş olunub.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib: “Bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanıb. Prezident İlham Əliyevin və Birinci vitse- prezident Mehriban Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur”.

Eyni zamanda qeyd olunub ki, Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrilib: “Vətən müharibəsində torpaqlarımız otuz illik işğaldan azad olundu, ölkəmiz ərazi bütövlüyünü bərpa edib, Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirib. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq”.