Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambassador otelində Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən və 2016-cı ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambassador otelində Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən və 2016-cı ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov bildirmişdir ki, 86 minə yaxın sakinin yaşadığı və 4,27 kvadrat kilometr ərazini əhatə edən 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2016-cı ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və tapşırıqlarına əsasən həyata keçirmişdir. Hər il olduğu kimi, 2016-cı ildə nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər il ərzində mütəmadi olaraq davam etdirilib.
2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışmışdır.
Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir.Ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir. Mənzil Kommunal İstismar Sahələri tərəfindən yaşayış binalarında təmirə ehtiyacı olan dam örtükləri, su axıdıcı borular, keçid meydançaları və pilləkən qəfəsləri cari təmir olunub.
Nümayəndəlik hesabat dövrü ərzində rayon İcra Hakimiyyəti və Mərkəzi Hərbi Klinik Hospitalının rəhbərliyi ilə birlikdə müalicə olunan hərbi qulluqçuların Novruz bayramı və “Silahlı qüvvələr günü” münasibəti ilə təbrik edilməsi üçün bayram şənliklərinin təşkil edilməsi, habelə yaşlı nəslin nümayəndələrinin “Bilgəh” sanatoriyasında istirahəti və digər rayon tədbirlərinə sakinlərin cəlb edilməsində yaxından iştirak edib.
Hesabat dövrü ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri aparılmışdır Azadlıq pr, Bakıxanov, A.Qurbanov, H.Sarabski, C.Məmmədquluzadə, E.Tağızadə, Mirqasımov, S.Vurğun, M.Qaşqay, Mərdanov qardaşları, A.Əliyev, C.Hacibəyli, A.Qurbanov, C.Məmmədquluzadə, N.Yusifbəyli, Ə.Qasımzadə, Bakıxanov, N.Məlikov,S.Rəhman, N.Vəzirov və s. küçələrdə tamet daşı və asfalt örtüyü vurulmuş, Mərkəzi Hərbi Klinik Hospitalın həyətində asfalt örtüyü vurulmuş, fasad (Heydər Əliyev adına MTK və Türk səfirliyinin Sarabski küçəsi istiqamətindəki hasarları da daxil olmaqla) rənglənmiş, ağac və gül kolları əkilmiş, qazon örtüyü vurulmuşdur. Sevil Qazıyeva adına parkda abadlıq və yenidənqurma işləri aparılmışdır.
Hesabat yığıncağında çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq quruculuq sakinlərin həyat şəraitinin daha da yüksəldilməsi üçün görülməli olan işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi kurs 2016-cı ildə böyük nailiyyətlərlə əlamətdar olmuş, ölkəmizdə daxili və xarici siyasətdə bir sıra mühüm uğurlara imza atılmışdır. 2016-cı ildə bütün dünyada gedən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam etmiş, Prezident İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin edilmişdir. A.Əsgərov 2016-cı ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir. Bidirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, yolların təmiri, küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcək.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 10 yanvar 2017–ci il tarixdə Nazirlər Kabinetinin 2016–cı ilin sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Asif Əsgərov bildirmişdir ki, Bakı şəhərinin rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi işinə ötən il start verilmiş, 2 nömrəli nümayəndəliyin xidməti ərazisində də pilot tipli layihələrə start verilmişdir. Azadlıq pr., M.Qaşqay, V.Plotnikov və R.Axundov küçələrinin əhatə etdiyi ərazidə aparılan pilot layihə çərçivəsində tikiləcək ilk binanın inşa edilməsi üçün əhalinin çox hissəsi köçürülmüş, söküntü işlərinə başlanılmışdır.
Hesabat yığıncağında Millət vəkili Asim Mollazadə çıxış edərək 2016-cı ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş layihələr haqqında danışaraq görülən işlərin əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etdiyini bildirdi.
Yığıncaqda rayon sakinlərindən Filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, veteran idmançı Telman Baxşıyev, Natavan Hacıyeva , Həmayə Məhərrəmova, Sahilə Allahverdiyeva çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirib.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.