Nəsimi rayonunda səyyar qəbullar keçirildi – Fotolar

Nəsimi rayonunda səyyar qəbullar keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən səyyar qəbulların keçirilməsi davam etdirilir, vətəndaşların qaldırdıqları məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır.
Tribunainfo.az xəbər verir ki, 1, 2 və 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə edən ərazilərdə RİH başçısı Asif Əsgərov tərəfindən 2024-cü ilin mart ayında səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər keçirilib.

Keçirilən 4 səyyar qəbul və görüşlərdə 800-dən çox sakinin iştirakı ilə 70-dən çox müraciət dinlənilib.

Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, həyətlərdə istirahət və əyləncə guşələrinin yaradılması, binaların fasadlarının, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi, avtomobillərin parkinq məsələlərinin tənzimlənməsi, məişət tullantıları üçün konteynerlərin qoyulması və s. məsələlərlə bağlı olmuşdur. Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb. .

Qəbullar və görüşlər zamanı ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər, həmçinin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi, dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsinin ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın göstəricisi olduğu qeyd edilmişdir.