Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən iyun ayında səyyar qəbullar və yerlərdə görüşlər keçirilib. Tribunainfo.az xəbər verir ki, keçirilən səyyar qəbul və görüşlərdə 700-dən çox sakinin iştirakı ilə 70-dən çox müraciət dinlənilib.
Vətəndaşlar əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, binaların təmir olunması, liftin təmir olunması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin, navalçaların təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması və ya götürülməsi, həyətdə avtomobillər üçün dayanacaq sahəsinin təşkili və s. məsələlər barədə müraciətlər ediblər.
Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.
Qəbullar və görüşlər zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilib, rayon ərazisində görülən işlər, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilib.