Nəsimi rayonunda ilin birinci yarısının yekunları -TƏDBİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olundu.  

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olundu. 

İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi rayonlarından biri olan Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində diqqətəlayiq uğurlar qazanılmışdır.

Prezident İlham Əliyevin Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq yönündə gerçəkləşdirdiyi layihələr, dövlət proqramlarında nəzərdə tutulan məqsədyönlü quruculuq-abadlıq tədbirlərinin ardıcıl yerinə yetirilməsi, daxili imkan və ehtiyatların kifayət qədər hərəkətə gətirilməsi Nəsimi rayonunda sürətli inkişaf və genişmiqyaslı yeniləşməni təmin etmişdir.

Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi  həyatında da öz əksini tapmışdır.







 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri davam etdirilmişdir. Nəsimi rayonu ərazisində cari ilin 2-ci rübü ərzində keçirilən bir sıra tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişlər.

İyun ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Yusif Səfərov küçəsinə paralel salınan yeni yolun açılışında iştirak etmişdir.

 Bildirmişdir ki, üç hərəkət zolaqlı yolun inşası zamanı layihəyə uyğun olaraq yolboyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb. Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun hər iki tərəfində səkilər salınıb, müasir işıqlandırma dirəkləri qoyulub. Layihə çərçivəsində burada avtobus dayanacağı quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə, eyni zamanda, qısa vaxtda yerinə yetirilib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlətimizin başçısı tıxacların aradan qaldırılmasında yeni yolun əhəmiyyətini vurğulayıb. Bu layihənin icrası yeni yolların salınması ilə bağlı Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlərdən biridir. Eyni zamanda, bu cür tədbirlər paytaxtımızın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, Bakı şəhərində tıxacların aradan qaldırılması baxımından da çox önəmlidir. Belə ki, yeni yol avtonəqliyyat vasitələrinin birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyeva küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət etməsinə əlverişli imkan yaradır. Həmçinin Heydər Əliyev prospektindən gələn sürücülər Yusif Səfərov küçəsinə daxil olmadan metronun 28 May stansiyası və Heydər Əliyev Sarayı istiqamətinə rahat hərəkət edəcəklər. Beləliklə, bu yolun istifadəyə verilməsi Yusif Səfərov küçəsində tıxacların yaranmasının qarşısını alacaq.

Rayonun makroiqtisadi göstəriciləri, tikinti, ticarət və xidmət sahələri üzrə   2017-ci ilin birinci yarım ili ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərindən daha dinamik olmuşdur.

Sənaye məhsulu 278,9 mln.  manat təşkil etmişdir. Nəqliyyat  sektorunda fəaliyyət göstərən müəssisələr  tərəfindən    ümumilikdə 165,8 mln. manatlıq xidmətlər göstərilmişdir. Rabitə  müəssisələri  tərəfindən müəssisə  və  təşkilatlara,  əhaliyə  faktiki  qiymətlərlə 145,9 mln. manatlıq  rabitə  xidməti  göstərilmişdir. Rayonun tikinti  kompleksində  iqtisadi  və  sosial  sahələrin  inkişafı  üçün  bütün  maliyyə mənbələri hesabına 165,8 mln. manat məbləğində investisiya    yönəldilmişdir. İstifadə edilmiş  vəsaitin 178,5 mln.  manatı tikinti-quraşdırma  işlərinin  yerinə  yetirilməsinə  xərclənmişdir.

Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 584,9 mln. manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə  müqayisədə 42 faiz çox  istehlak məhsulları satılmışdır. Xidmət müəssisələri tərəfindən əhaliyə 237,5 mln. manatlıq, pullu xidmətlər göstərilmişdir. Rayonun  iqtisadi  və  sosial  sahələrində  muzdla  işləyənlərin  orta  aylıq  əmək  haqqı  613,0 manata  çatmışdır.

         Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il tarixli Qərarına uyğun olaraq rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə sahibkarlarla yeni layihələrin müzakirəsi və rayon ərazisində yeni iş yerlərinin yaradılması ilə bağlı təklif olunan çoxsaylı layihələrin icrası həyata keçirilir. Bunlardan “Maşınqayıran” MTK-da 100 nəfər, “Pilot-İnşaat-A” MMC-də 70 nəfər, “Rifah Plaza” 30 nəfər, “ArchiCO” MMC-də 10 nəfər işlə təmin olunmuşdur.

        Yarım il ərzində рayonun kommunal və təsərrüfat xidmətləri, yerli strukturlar üzərlərinə düşən vəzifələrin öhdəsindən uğurla gələrək vətəndaşların normal həyat şəraitinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirmişlər.

Sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri RİH Başçısı yanında Şuranın geniş iclaslarında müzakirə olunmuş, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmişdir.

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədi ilə Nəsimi Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərərgah öz işini uğurla davam etdirmişdir.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH məqsədyönlü işlər aparır.

Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılması sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılır. 50-dən çox təklif müzakirə edilmiş, müəyyən edilmiş ünvanlar üzrə 18 layihə razılaşdırılmış, 9 layihə üzrə ərazilər boşaldılaraq söküntü işlərinə başlanılmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında  müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonu üzrə nəzərdə tutulan işlərə dair müşavirə keçirilmiş, məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin görülməsi istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Nəsimi RİH-in təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan “Bakı Tikiş Evi” SC-də məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülür. Hazırda müəssisədə 150-ə yaxın məcburi köçkün işlə təmin olunmuşdur. Bundan başqa rayon ərazisində yerli layihələrin həyata keçirilməsi ilə bağlı aparılan abadlıq, quruculuq, tikinti-təmir işlərinə 1000-dən çox yeni işyerləi açılaraq vətəndaşlar işlə təmin olunmuş, gələcəkdə də yeni iş yerlərinin açılması istiqamətində müvafiq işlər davam etdirilir. Ötən dövr ərzində Azərbaycan Respublikası Prezidenti tərəfindən verilmiş tapşırıqların həyata keçirilməsi məqsədilə müəyyən edilmiş istiqamətlər üzrə müvafiq işlərin aparılması nəticəsində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində açılmış 272 iş yerlərinə 272, çoxmənzilli binaların təmiri ilə bağlı açılmış 259 iş yerlərinə 259 nəfər işlə təmin olunmuşdur. Digər şirkət və müəssisələrdə ayrılan kvotalar üzrə vətəndaşların iş ilə təmin edilməsi istiqamətində rayon Məşğulluq Mərkəzi ilə birgə işlər davam etdirilir.

Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq, 2017-ci il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi, əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri uğurla həyata keçirilmişdir.

ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərləri ilə dostluq əlaqəsi davam etdirilmiş, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində rayonun nümayəndə heyəti ABŞ-da olmuş, müxtəlif görüşlər və tədbirlər keçirilmişdir.

“İslam həmrəyliyi” ili və İslam Oyunları ilə bağlı rayonda müxtəlif tədbirlər keçirilmişdir.

Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

2017-ci ilin birinci yarısında «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

İclasda 8 saylı Xəzinədarlıq İdarəsinin müdiri Etibar Muradov,  RİH Başçısının 2 nömrəli Sahə İƏD üzrə nümayəndəsi Əziz Zeynalov, Nəsimi rayon MKTB-nin rəisi Elman Yəhyayev, “Fədək” MTK-nın sədri Yavər Qurbanov, “Pilot – Həyat” MTK-nın direktoru İsa Qaraşov, “Draft Construction” MMC-nin direktoru Eldəniz Axundov çıxış etmişlər.

“Fədək” MTK-nın sədri Yavər Qurbanov çıxış edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkün və aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqlarla əlaqədar Nəsimi rayonu ərazisində həyata keçirilən pilot layihələr çərçivəsində inşa ediləcək  yaşayış binalarının mənzil fondundan məcburi köçkün və ya aztəminatlı ailələrə əvəzsiz olaraq bir mənzil ayrılması təklifini verərək bu təşəbbüsə digər iş adamlarının qatılmasını təklif etdi. Tədbirdə iştirak edən digər MTK rəhbərləri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva   tərəfindən məcburi köçkün və aztəminatlı ailələrlə bağlı görülmüş işləri alqışlayaraq,  qeyd olunan təşəbbüsü dəstəklədiklərini bildirmişlər.  

 RİH  Başçısı Asif Əsgərov məsələnin aktuallığını və əhəmiyyətini nəzərə alaraq, müvafiq işlərin aparılması üçün aidiyyəti üzrə tapşırıqlar verdi.   

Tədbirdə Milli Məclisin deputatı Asim Mollazadə iştirak edıb.

  •