Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib – FOTObackend

Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
TİA.AZ xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində A.Məhərrəmov küçəsi 45 və 47 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq A.Məhərrəmov küçəsi 45 və 47 saylı binaların fasadları və dam örtükləri əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib.
Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 1000 kv.m-ə yaxın asfalt örtüyü, 1500 kv.m-dən artıq qazon, 500 kv.m tamet daşı vurulub, 350 p.m. yeni bardürlər və kiçik tullantıların atılması üçün yeni zibil qutuları qoyulub, 100 p.m. istinad divarı bərpa olunaraq aqlay daşla üzlənib. Əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılıb.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə 50 ədəd müxtəlif növ həmişəyaşıl ağac, 500-dən artıq gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Yaşıllıqların suvarılması üçün 200 p.m. su xətti, atmosfer sularının kənarlaşdırılması üçün kanalizasiya xətti çəkilib.
Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

????????????????????????????????????