Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Dünya Azərbaycalıların Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə rayonda yaşayan imkansız ailələrə bayram sovqatlarının paylanması təşkil olunmuşdur.

Bu qəbildən keçirilən tədbirlərdən biri rayon İcra Hakimiyyətinin bayram münasibəti ilə təşkil olunmuş tədbiri olub.
Ərazidə fəaliyyət göstərən ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayon sakinləri, burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının I müavini Yavər Allahverdiyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Bayram ilə əlaqədar Nəsimi rayonunda yaşayan aztəminatlı ailələrə, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1000-dən çox ailəyə bayram payları təqdim edilib.
Tədbirdə çıxış edən rayon sakinləri Yeni il bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirib.