Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Baharın ətri ” adlı rəsm sərgisi təşkil olunub.
Tribunainfo.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf sektorunun müdiri Günay Qurbanova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilufər Rəhimova, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı Ağalı İbrahimov, Xalq Rəssamları Arif Hüseynov Sirus Mirzazadeh, digər qonaqlar, valideynlər və rayon məktəbliləri iştirak ediblər.
Tədbiri Mərkəzin direktoru Lalə Qəti açaraq tədbirin əhəmiyyətindən danışıb.
Sonra gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisinə tamaşa edildi. Mərkəzin “Buta” dizayn studiyasının üzvləri baharın ətri təəssüratı altında müxtəlif güllü və ornamentli parçalar üzərində rəngarəng kompozisiyalar təqdim etdilər.
Sərginin məqsədi təbiətin gözəlliyini əks etdirmək idi. Sərginin ekspozisiyasında uşaqlarla birlikdə “Buta” dizayn studiyasının müəllimi, Rəssamlar İttifaqının üzvü, rəssam-dizayner Könül Orucovanın da işləri təqdim olundu.
Tədbirin bədii hissəsində isə mərkəzin “Azəri inciləri” “Sehirli simlər”, “Vokal” və “Bal rəqsləri” dərnəyinin istedadlı uşaqları rəqs, mahnı və musiqi nömrələri ilə çıxış etdilər. Tədbirdə çıxış edənlər məktəblilərin əl işlərindən məmnun qaldıqlarını bildirərək gənc rəssamlara işlərində uğurlar arzulayıblar.
Sərginin sonunda gənc rəssamlar qonaqlar tərəfindən diplomlarla təltif olundular.