NƏSİMİ RAYONUNDA AZTƏMİNATLI AİLƏLƏRLƏ ĞÖRÜŞ KEÇİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında yardım göstərmək, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır.  

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında yardım göstərmək, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. 

Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Nəsimi rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur, imkansızlara müxtəlif köməkliklər göstərilir. Ramazan ayı ilə bağlı görülən işlər çərçivəsində növbəti tədbir Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Gözdən Əlillər və digər ictimai təşkilatların, rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı ilə keçirildi.












 

Heydər Əliyev Fondunun dəstəyi ilə Ramazan bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ilk növbədə yardıma ehtiyacı olan – şəhid, əlil, müharibə veteranları, rayonda məskunlaşmış məcburi köçkünlər, tənha və kimsəsizlərə, ümumilikdə 1 000 (min) ailəyə ərzaq bağlamaları paylanılmışdır.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə təşkil edilən tədbirdə iştirak edənləri salamlayaraq qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Asif Əsgərov ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulamış, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışmışdır. Daha sonra natiq qeyd etdi ki, bu il “İslam həmrəyliyi ili” çərçivəsində mötəbər idman bayramı – “İslam həmrəyliyi oyunları”nın Azərbaycanda keçirilməsi, 54 müsəlman ölkəsini bir araya gətirən həmrəylik bayramı və Azərbaycan idmançılarının zəfəri Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsidir. Asif Əsgərov bildirdi ki, Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində uzun illər ərzində misilsiz səylərinin,ölkə daxilində və xaricində uğurlu fəaliyyəti göz qabağındadır. Bu gün Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov çıxış edərək tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edərək Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr və tədbirlər haqqında məlumat vermişdir. Tədbirdə iştirak edənlər Ramazan bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə və və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.