Nəsimi rayonunda ağacəkmə aksiyası keçirilib

Nəsimi rayonunda ağacəkmə aksiyası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Bakı şəhəri Nəsimi rayonunda  silsilə tədbirlər keçirilir. 07 aprel 2019-cu il tarixdə rayonun mikrorayon ərazisində – Cavadxan küçəsi 40 ünvanında rayon İcra Hakimiyyəti rəhbərliyinin, rayonun idarə, müəssisə, təşkilat və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı  500-dən artıq həmişəyaşıl müxtəlif növ ağaclar əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.