Nəsimi rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Nəsimi rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Niaqara” şadlıq sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının, Nəsimi rayon Ağsaqqallar Şurasının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi əlilləri və veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər  Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Nəsimi rayon gənclərinin göstərdiyi  qəhrəmanlıq  və şücaətlərdən danışdı.

Qeyd etdi ki, bu gün Müstəqil ölkəmiz, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb.

Sonra şəhid ailələrinə gül dəstələri və “İlham Əliyev. İnkişaf – məqsədimizdir”  “Zəfər” adlı kitabı hədiyyə olunub.

Tədbir bayram konserti ilə davam edib.