Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı tərəfindən torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, Aprel döyüşlərinin ildönümü münasibəti ilə Gənclərin Zəfər yürüşü təşkil edilib.
Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı tərəfindən torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, Aprel döyüşlərinin ildönümü münasibəti ilə Gənclərin Zəfər yürüşü təşkil edilib.
Aprel ayının 6-da ali təhsil müəssisələrinin tələbələrinin, idarə, müəssisə və digər təşkilatların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə yürüş keçirilib. Əllərində Azərbaycan bayraqlarını tutmuş böyük gənclər izdihamı Dövlət Bayrağı Meydanına doğru irəliləyərək Vətənə, Bayrağa və Xalqımıza olan ehtiram və sevgilərini bildirirdilər. Yürüşdə 5 minə yaxın gənc iştirak edib.
Dövlət Bayrağı Meydanında orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himninin ifası səsləndirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə rayonda yerləşən ali təhsil müəssisələrində – Azərbaycan Dövlət Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri daha fəal iştirak etdilər və xüsusilə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsinin tələbələrinin apardıqları böyük Aərbaycan bayrağı izdihamlı yürüşə xüsusi rəng qatırdı. Yürüşdə iştirak edən Nəsimi rayon gəncləri bildirdilər ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq.