Nəsimi rayonu abadlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların  yerinə yetirilməsi  ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması istiqamətində genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri davam edir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların  yerinə yetirilməsi  ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması istiqamətində genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.
      

İnsan sağlamlığının və təbiətin mühafizəsi üçün lazım olan ən mühüm  amil təmizliyin qorunmasıdır. Bu məqsədlə rayonun 4-cü mikrorayon ərazisindəki M. Cəlal küçəsi boyunca  keçirilən növbəti iməclik zamanı ərazi müxtəlif məişət tullantılarından təmizlənərək, təmizlik işləri aparılmış, ərazi qurumuş alaq otlarından, kollardan təmizlənmiş, mövcud yaşıllıqlara  qulluq edillmiş və digər təmizlik işləri görülmüşdü.







 
      

M.Cəlal küçəsi 54 və 56 saylı binaların həyətlərində əhalinin ümumi istifadəsində olmalı olan, özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək təmizlik işləri aparılmış, ərazidəki məişət tullantıları daşınmış, qanunsuz quraşdırılmış konstruksiyalar və alacıqlar sökülmüş,  mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.
      

 Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda uğurla davam etdirilir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mikrorayonlarda aparılan abadlıq, quruculuq və  yenidənqurma işləri sakinlər tərəfindən razılıqla qarşılanır.