Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bu ilin may ayında Kaliforniyada Nəsimi rayonu üzrə nümayəndə heyətinin təşkilatçılığı ilə keçiriləcək proqrama Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər, ilk növbədə Los Anceles və San Dieqo şəhərlərində muğam triosunun, opera ifaçılarının, eləcə də nağara, balaban, piano və qarmon ifaçılarından ibarət heyətin iştirakı ilə konsertlərin təşkil edilməsi, “Əli və Nino” filminin nümayiş etdirilməsi, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərginin keçirilməsi tədbirləri daxildir.
Foto-sərgiyə hazırlıq üçün Baş Konsulluq tərəfindən təklif edilmiş San Dieqolu fotoqraf Nikolas Agelidisin mart ayının 17-də Bakıya səfərinin ilk günündə Nəsimi rayon İcra hakimiyyətində görüş təşkil edilmişdir.
Görüş zamanı Asif Əsgərov azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən günə artmasından, ölkə başçısı cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsindən, həmçinin dünyanın aparıcı ölkələrinin respublikamıza marağının genişlənməsindən, Azərbaycanın hər bir bölgəsinin, o cümlədən paytaxt Bakının sürətlə inkişaf etməsindən danışaraq Bakı və San Dieqo şəhərləri arasında yaranmış münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinin əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, tanınmış fotoqrafın “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərginin keçirilməsi üçün paytaxtımıza 10 günlük səfəri çərçivəsində proqramın tərtib olunduğunu və Bakı şəhərinin sərgidə nümayiş ediləcək fotoşəkillərinin çəkiliş ünvanları müəyyənləşdirildiyini, qonağın səmərəli fəaliyyəti üçün bütün müvafiq şəraitin yaradıldığını bildirmişdir.
Görüşdə qeyd edilmişdir ki, Kaliforniyada Azərbaycanın təbliği məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə nümayəndə heyəti 2016-cı ilin oktyabr ayında ABŞ-ın Kaliforniya ştatına səfər etmişdir. ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında qardaşlaşma münasibətləri qurulmuşdur.
Əhalisinin sayına görə Kaliforniyanın ikinci, ümumilikdə ABŞ-ın səkkizinci ən böyük şəhəri olan San Dieqo şəhəri Kaliforniya ştatının siyasi və iqtisadi həyatında mühüm rol oynayır. Nəsimi rayon nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinə səfəri zamanı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi təntənəli şəkildə qeyd olunmuşdur.
Tanınmış San Dieqolu fotoqraf Nikolas Agelidis Azərbaycana səfər etdiyi üçün məmnun olduğunu, Bakı şəhərinin gözəlliyinə ilk anlardan heyran olduğunu bildirdi. Foto sərgi üçün çox maraqlı və zəngin material- şəkillər çəkə biləcəyini bildirdi.
Görüşün sonunda Nəsimi rayon İcra hakimiyyəti tərəfindən tanınmış San Dieqolu fotoqraf Nikolas Agelidisə xatirə hədiyyələri təqdim edildi.