Nəsimi elmi-praktik konfrans keçirildi – Fotolar

Nəsimi elmi-praktik konfrans keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında ənənəvi olaraq keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsinin keçirilməsinə start verilib..Tribunainfo.az  xəbər verir ki, T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə Nəsimi rayonunun orta məktəb şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, valideyinləri və elmi rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə “Heydər Əliyev və Azərbaycan tarixi ” adlı mövzuya uyğun olaraq Ulu öndər tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətini yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etmək məqsədi ilə məktəblilərin “Azərbaycan Tunc dövründə”, “Azərbaycan Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü”, “Atabəylər dövləti-Şəmsəddin Eldəniz” , “Azərbaycan Repressiya illərində , “Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu” mövzularına aid hazırladıqları sərgi və əl işləri ilə tanış olublar.

Daha sonra referat müsabiqəsinin rayon mərhələsində xüsusi seçilərək elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilər 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim ediblər.

Nəsimi RİH başçısının birinci müavini Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verdi. Qeyd olundu 27 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilmişdir.

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov vurğuladı ki, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərə tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığını və Ulu Öndərin zəngin irsinin şagirdlər tərəfindən daha dərindən mənimsənilməsini aşılamaqdır.