Nəşi 31 il sonra tapılmış Nurəli Abdullayevlə vida mərasimi keçirilir – VİDEO

Nəşi 31 il sonra tapılmış Nurəli Abdullayevlə vida mərasimi keçirilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Suraxanı rayonunun Bülbülə qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Abdullayev Nurəli Hacıbaba oğlu ilə vida mərasimi keçirilir.

Tribunainfo.az istinadən xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

O, Bülbülə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.