Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi – VİDEO

Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum oluduğu kimi, paytaxtın Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsindən Məzəffər Nərimanov küçəsinə qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar aidiyyatı qurumlar 1650 ağac, 491 kol və tingin köçürüləcəyi barədə  açıqlama vermişdilər. Tikinti ərəfəsində çəkilən görüntülər isə deməyə əsas verir ki, ağacların xeyli hissəsi köçürülmək əvəzinə, kəsilib.

Pravda.az xəbər verir ki, bu barədə memar-dizayner Aysel Hüseynova sözügedən ərazidən çəkdiyi görüntüləri sosial şəbəkədə paylaşıb.

 

Yaşıllıqların məhv edilməsi ciddi narazılığa səbəb olub.

 

Pravda.az məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb.

 

Xatırlatma: Dövlət Ekoloji Ekpsertiza Agentliyinin fevralın əvvəlində keçirdiyi ictimai dinləmədə bildirilmişdi ki, ağaclar müvafiq qaydada köçürüləcək, onlara aqrotexniki xidmətlər göstəriləcək, bioloji inkişafda qalmalarına nail olunacaq.

 

Qeyd: “Ulduz” metrostansiyasından “Keşlə” bazarına qədər olan ərazidən 586, Dövlət Təhlükəsizliyi Xidmətinin Akademisyasının ərazisindən 74, “Keşlə” bazarının qarşısındakı restoranın ərazisindən 170, Əliyar Əliyev küçəsindən akademik Həsən Əliyev küçəsinin başlanğıcın qədər 820 ağacın köçülməsi nəzərəd tutulub.