Nərimanov rayonunda “Humanitar dərs” – Növbəti təlim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ  xəbər verir ki, 6 iyunda Azərbaycan Dövlət  İqtisad  Universitetində  Azərbaycan  Respublikası  Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclərvə İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə“Humanitar dərs” – gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin növbəti təlimi keçirilib. 

TİA.AZ  xəbər verir ki, 6 iyunda Azərbaycan Dövlət  İqtisad  Universitetində  Azərbaycan  Respublikası  Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclərvə İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə“Humanitar dərs” – gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin növbəti təlimi keçirilib.

Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, “Yeni Gələcək”Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri Rəşad Bayramov, Azərbaycan  Dövlət  İqtisad  Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov və 40 nəfər fəal gənc iştirak etmişlər. İlk öncə qonaqları salamlayan Azərbaycan  Dövlət  İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri  Rəsul Həşimov  tədbirin mahiyyəti  və gənclər üçün faydası barədə danışıb, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək kimi məsələlərlə bağlı məlumat vermişdir. Sonra “Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi ali məktəblərdə tələbələr arasında mədəniyyət fəaliyyətində humanitar təşəbbüslər anlayışını aşılamaqdır. Təlimlərin KİV-də işıqlandırılması, yazılacaq inşalar, keçiriləcək sorğular layihənin məqsədini və vəzifəsini tamamlayacaq. L.Muradova qeyd etdi ki, Azərbaycanın mədəniyyəti gündən- günə inkişaf edir. Qədim zamanlardan formalaşmağa başlayan mədəniyyətimizin tam formalaşması XVI-XVIII əsrlərə təsadüf edir. Mədəniyyət hərbir insanın əldə etdiyi bilik, savad, bacarıq, tərbiyəvə mənəvi-əxlaqi fəallıqdır. Həmçinin mədəniyyət xalqların tarixi yaddaşıdır. Daha sonra “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri, layihənin təlimçisi Rəşad Bayramov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstək verməklə ölkəmizdəgənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, onların bilik vəbacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir. R.Bayramov bildirmişdir ki, biz gənclər uşaq vaxtlarımızdan məktəbə başlayır və bir çox elmlərə yiyələnirik.  Təhsil hər bir şəxs üçün çox önəmlidir. “Mənim təhsilim, mənim gələcəyim” bu ifadə hər bir gənc üçün əsas şüardır. Təhsilimizdə əsas yer alan tarix və ədəbiyyat fənləri bizim müstəqil fərd kimi formalaşmamızda mühüm əhəmiyyət kəsb edir. Sonda təlimçi gəncləri maraqlandıran sualları cavablandırıb.