Oktyabrın 25-də Nərimanov Rayon Prokurorluğunun yeni binasında “Açıq qapı günü” təşkil edilib.
Tribunainfo.az xəbər verir ki, tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub.
Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb.
Tədbir zamanı Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov, Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalov və digər prokurorluq əməkdaşları qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı danışıb.
İştirakçılar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.