Nərimanov parkı açılır, atraksionlar yoxa çıxıb – VİDEO

Nərimanov parkı açılır, atraksionlar yoxa çıxıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nəriman Nərimanov adına istirahət parkı 2023-cü ilin fevral ayından əsaslı təmirlə bağlı vətəndaşların üzünə bağlanıb.

Tribunainfo.az-ın məlumatına görə, nəhayət, 1 il 5 ay sonra parkı blokadaya alan hasarlar götürülüb, təmir-bərpa işləri yekunlaşdırılıb.

Lakin ortaya çıxan mənzərə heç də ürəkaçan olmayıb.

Belə ki, bundan əvvəl də saytımıza daxil olan məlumatlara əsasən bildirmişdik ki, parkda atraksionların yığışdırılacağı gözlənilir.

Hasarlanma aradan qaldırıldıqdan sonra məlum olub ki, Nərimanov rayon sakinləri parkda illərlə fəaliyyət göstərən atraksionların taleyindən narahat olmaqda haqlı imişlər. Parkdakı atraksionlar tamamilə götürülüb, ərazi boş saxlanılıb.

Xatırlatma: İki həftə əvvəl parkın abadlıq və təmir işlərini üzərinə götürən Nərimanov Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışdıq, lakin RİH hələ də atraksionların yığışdırılma səbəbinə aydınlıq gətirməyib, sorğumuzu cavabsız qoyub. Elgin Həbibullayev başçı təyin ediləndən Rayon İcra Hakimiyyəti, ümumiyyətlə, sorğulara cavab vermir.