Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, “Nəbz” klinikansının arxasında kirayədə yaşayan Müstafayev Toğrul Kərim oğlu tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə narazı vətəndaş “Nərimanov” parkında gördüyü işlərin müqabilində 15000 manat pulunu ala bilməməsindən gileylənir.
Narazı vətəndaş yazır: “Bir daha Sizlərə minnətdarlığımızı bildirmək istəyirik ona görə ki, Siz 44 günlük Vətən Müharibəsinə Qarabağ Problemini birdəfəlik həll etdiniz. Biz də bir seçici kimi 7 fevralda hamılıqla Sizi yenidən dövlətimizə başçı seçdik. İndi sülh dövründə Siz həm azad edilmiş torpaqlarda, həm də Bakının bir çox işlərin görülməsinə start vermisiniz. Məslən, Sizin şəxsən bu ilin iyulun 2-də açılışında iştirak etdiyiniz “Nərimanov” parkında biz 7 nəfər daş ustası döşəmə tamett-metlax işləri görmüşük. Sağ olsun Nərimanov İH-nin başçısı Elgün müəllim günaşırı gəlib bizim gördüyümüz işlərlə yerində tanış olur, sadə bir vətəndaş kimi bizimlə söhbətlər edirdi. Gördüyümüz işlərə isə Nərimanov rayon RJU-nun müdiri Manaf Manafov nəzarət edirdi. Gördüyümüz işlərin haqqının bir hissəsi iş gördüyümüz zaman ödənilmişdir. Düzdür, Manaf müəllim 3 aydır ki, bu gün sabah deyərək pullarımızın verilməsinə vədlər versə də hələlik görünən budur ki, ortalıqda heçnə yoxdur. Artıq biz 7 nəfər bir birimizdən şübhələnməyə başlamışıq ki, bu boyda rəsmi adamlar vəd edibsə yəqin ki, yalan danışmazlar. Yəqin ki, pulu birimizdən kiməsə veriblər. İndi biz 7 nəfər bir birimizi pulun alınmasında ittiham edirik.
Ona görə də, cənab Prezident, Sizdən çox xahiş edirəm ki, bizim çoxumuzun iş dalınca Bakıya gələrək kirayədə yaşamağımızı nəzrə alaraq “Nərimanov” parkda gördüyümüz işlərin son hesablaşması olan 15000 manatın kimə verilməsi barədə araşdırma aparılmasına göstəriş verəsiniz”.