Nərgiz Məhəmmədi tibbi məzuniyyətə buraxıldı

Nərgiz Məhəmmədi tibbi məzuniyyətə buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın tanınmış ictimai xadimi, həbsdə olan hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi 190 min dollar məbləğindəki girov qarşılığında səhhəti ilə əlaqədar tibbi məzuniyyətə buraxılıb.

Tribunainfo.az “Azad İran”a istinadən xəbər verir ki, bu barədə Nərgiz Məhəmmədinin vəkili Mustafa Nili bildirib.

Vəkilin sözlərinə görə, məhbus bu yaxınlarda cərrahiyyə əməliyyatı olunub.

Xatırladaq ki, 52 yaşlı N.Məhəmmədi son 20 ildə dəfələrlə həbs edilib və sonra azadlığa buraxılıb. O, hazırda “İran əleyhinə təbliğat aparmaqda” ittiham olunaraq bir il müddətinə azadlıqdan məhrum edilib.