Nərdin bu faydalarını heç bilirdiz?

Nərdin bu faydalarını heç bilirdiz?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bəlkə də ən sevimli stolüstü oyun nərddir. Vətəni Şərq olan bu oyunun  tarixi çox qədimdir.

Bunun tarixi sübutları var. Tarixi Qədim Mesopotamiya, Qədim Misirə gedib  çıxan nərdə aid olan taxta İranda (Şəhri-Suxtada) tapılıb və 5 min il yaşı var.

Qədim dövrlərdə nərd sadəcə bir oyun deyil, gələcəyi görmək üçün bir üsul idi. Yüz illər sonra  nərd tam olaraq oyun məqsədilə oynalılır və onunla falçılıq unudulub.

Nərd oyununun Avropada ən geniş yayılmış müasir versiyasının qaydaları 1743-cü ildə ingilis Edmond Hoyl tərəfindən qoyulmuşdur. Bu variant “Qısa nərd” (Şərqdə icad edilən köhnə “Uzun nərd”dən fərqli olaraq) və ya “Nard” adlanır.

Müslüm Maqomayev nərd oynayır, 1970-ci illər

Bu gün nərd oyunu bir qədər fərqli qaydalarla da olsa bütün dünyada yayılıb.

Lakin nərd ən çox Şərqdə (İran, Suriya, Türkiyə, İsrail) yayılmışdır; Rusiyanın Qafqaz regionlarında Gürcüstanda, Orta Asiyada və təbii ki Azərbaycanda daha çox yayılıb.

Bu gün nərd bir çox ölkədə fərqli forma və adlarla adlanır: Türkiyədə “tavla”, İtaliyada “tavola”, Avropanın digər ölkələrində isə “Backgammon” adı ilə oynanılır.

Bu günə qədər ənənəvi nərdtaxtada 101-ə yaxın oyun ixtira olunub. Onlardan ikisi üzrə isə dünya çempionatı keçirilir.

Azərbaycanda hələ qədimdən məlum olan və Əfsələddin Xaqani, İmaddətdin Nəsimi kimi klassiklərimizin əsərlərində adıçəkilən nərd oyununun 3 növü var: uzun, döymə, gülbahar. “Backgammon”a Azərbaycanda “döymə oyunu”,  “longammon”a isə uzun oyun deyilir.
1934-cü ildə keçmiş SSRİ-də nərd ikinci Respublika Spartakiadasına daxil edilir. Azərbaycanı müsabiqədə təmsil edən Naxçıvan komandası qalib adını qazanır. 1947-ci ildə isə nərd üzrə ilk Respublika çempionatı keçirilir. Azərbaycanda qızıl zər turnirinin qaliblərinə təmiz qızıldan hazırlanan zərlər təqdim edilir.

Yuri Nikulin Bakıda “Brilyant əl”  filminin çəkilişləri arasında fasilə zamanı nərd oynayır. 1968-ci ilin yayı

Hal-hazırda da  ölkədə nərd üzrə yarışlar keçirilir. Əksər azərbaycanlılar nərd oynamağı sevir və bilirlər. Bu oyun hər yerdə oynanılır: evdə, küçədə, çayxanada, parkda skamyada…

Amma  bəlkə də çoxları bilmir ki, Azərbaycanda, ən çox da yaşlı nəsil arasında vaxt keçirtmək, əyləncə üçün ən sevimli məşğuliyyət olan bu  oyunun müəyyən faydaları da var.

Bu baxımdan oyunla tanış olmayanlar nərdin  sadəcə vaxt keçirtmək üçün, mənasız olduğunu düşünə bilər, amma bu heç də belə deyil.

Nərd insanın inkişafına kömək edir.

Düzdür nərddə zərin necə düşməsindən, təsadüfdən, bəxtdən çox şey asılıdır,amma  bu oyun şahmat oyunu kimi olmasa da müəyyən mənada intellektual oyundur. Çünki oyun vəziyyətinin düzgün təhlilini və düzgün hərəkət seçimini tələb edir.


Tribunainfo.az xarici mətbuata istinadən hər kəsə əlçatan olan bu  oyunun  kimin nə səviyyədə oynamasından asılı olmayaraq bəzi faydalı xüsusiyyətlərini təqdim edir:

1. Emosional gərginliyi azaldır

Güc qazanmaq və ya məhsuldar işə başlamaq üçün insanlara emosional sərbəstlik lazımdır. Bu mövzuda nərd böyük kömək ola bilər. Oyun enerjini, maraq oyadır və sizdə qalib gəlmək istəyi yaradır. Nəticədə bütün problemlər arxa plana keçir, qələbə ləzzət və sevinc gətirir.Həmçinin  müçahidələr göstərir ki,nərd stressi aradan qaldırmaq üçün yaxşı vasitədir.

2. Strateji təfəkkürün inkişafı

Oyunun necə  inkişaf edəcəyəni düşünərək gedişləri əvvəlcədən hesablamalısınız. Axı zərlərin necə düşməsindən çox şey asılıdır. Məhz indi necə oynamağı düşünmək, vəziyyəti təhlil etmək  strateji düşüncənin inkişafına  səbəb olur.

3. Konsentrasiyanın inkişafı

Nərddə təkcə öz hərəkətlərinizi hesablamaq deyil, həm də rəqiblərinizin addımlarını diqqətlə izləmək vacibdir. Bu, başqa bir insanın düşüncəsini anlamaq və seçdiyi strategiyanı bilmək üçün yeganə yoldur.

4. Məntiqin inkişafı

Rəqibinizin hərəkətlərini təhlil edəndə və hərəkətlərinizi hesablayanda məhz bu anda məntiqiniz 100% işləyir.

Nərd oynamaq daşlarınız taxtanın sadəcə bir tərəfindən digər tərəfə daşınmaq deyil.Bu, bütöv bir fəlsəfə və düşünmə bacarıqlarının inkişafıdır. Odur ki, valideynlər övladlarını uşaqlıqdan nərd oynamağı öyrədirlər, çünki bu, onlar üçün faydalıdır.

Nərd nəyi öyrədir?

Bu stolüstü oyun şans və seçim azadlığının gözəl birləşməsidir. Hətta güclü oyunçu da təsadüfən daha zəif oyunçuya uduzur. Buna görə də nərd müdrikliyi tərbiyə edir və həyata fəlsəfi baxışı öyrədir. Bəlkə də buna görə ən yaxşı nərd oynayanlar yaşlı insanlardır. Bir müddət əvvəl alimlər belə qənaətə gəliblər ki, nərd IQ-nu artırmaq və insan beynini inkişaf etdirmək üçün ən yaxşı oyunlardan biridir.

Şahmat kimi nərddə də beyni məşq edir. Bununla belə, onların təsiri fərqlidir: şahmat daha çox məntiqi təfəkkürü inkişaf etdirir, nərd isə ixtiraçılıq və intuisiyanı inkişaf etdirir.

Nərd oynamaq fiziki güc tələb etmir, o əhvalınızı yüksəldir və mənfi psixoloji amillərin təsirini yumşaldır. Eyni zamanda, konsentrasiyanı, strateji düşüncəni inkişaf etdirməyə kömək edir və yaddaşı məşq edir. Bir aylıq gündəlik oyunlardan sonra intellekt səviyyəniz 10% arta bilər!

İstənilən yaşda, istənilən vaxt nərd oynaya bilərsiniz.

Nərd demensiya xəstəliyinə qarşı yaxşı bir müalicə üsuldur

Koqnitiv funksiyaların inkişafı: nərd təfəkkür və yaddaşı yaxşılaşdırmağa necə kömək edir?

Nərd oynamaq beyninizi məşq etmək və beynin idrak funksiyalarını inkişaf etdirmək üçün əla bir yoldur. Oyun zamanı oyunçu vəziyyəti təhlil etməli, qərarlar qəbul etməli və taktika qurmalıdır. Bu proseslər məntiqi təfəkkürün inkişafına təkan verir, təhlil etmək qabiliyyətini təkmilləşdirir və yaddaşın, diqqətin və konsentrasiyanın inkişafına kömək edir.

Neyroplastikliyin artırılması: Nərd yeni sinir əlaqələri yaratmağa necə kömək edir

Nərd oynamaq beyin fəaliyyətini aktivləşdirir və daimi zehni stress və məşq sayəsində yeni sinir əlaqələrinin formalaşmasına kömək edir. Bu, beyində qan dövranını yaxşılaşdırmağa kömək edir ki, bu da neyrooplastikliyin artmasına və beynin öyrənmə, yeni məlumatları mənimsəmək və mürəkkəb problemləri həll etmək qabiliyyətini yaxşılaşdırmağa kömək edir.

Koqnitiv qocalmanın qarşısının alınması: Nərd zehni qabiliyyətləri yüksək səviyyədə saxlamağa necə kömək edir

Müntəzəm olaraq nərd oynamaq idrak yaşlanmasına qarşı əla profilaktik tədbir ola bilər və zehni qabiliyyətləri uzun müddət yüksək səviyyədə saxlamağa kömək edə bilər. Nərd vasitəsilə beyninizi məşq etmək sinir əlaqələrini gücləndirməyə kömək edir, yaddaşı, düşüncəni və konsentrasiyanı lazımi səviyyədə saxlamağa kömək edir və gələcəkdə koqnitiv zəifləmənin qarşısını alır.

Heç bunları bilirdiz?

İmran Kərimli