Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
TİA.AZ-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanında öz əksini tapıb.