backend

Nəqliyyat Nazirliyinin ləğvi… – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat Nazirliyinin ləğv edilərək məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğun atılan addımdır.

 

Nəqliyyat Nazirliyinin ləğv edilərək məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğun atılan addımdır.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncamını şərh edən istisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, Nəqliyyat Nazirliyinin ləğvi gözlənilən idi:

“Son illər sözügedən ləğv edilmiş nazirliyin səlahiyyətləri mərhələli şəkildə müxtəlif dövlət qurumları arasında paylaşdırılmışdı. Nəqliyyat Nazirliyinin ləğv edilərək məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğun atılan addımdır. Finlandiya, Avstriya, Norveç, Almaniya (Nəqliyyat və Dijital İnfrastruktur formasında), Bolqarıstan, Makidoniya, Kipr, Türkiyə, Andorra, Çili, Peru, İsveçrə (Federal Department formasında), Latviya, Bosniya və Herseqovina, Qətər, Oman, Myanmar və bir sıra ölkələrdə nazirliklər bu və ya oxşar adlar ilə fəaliyyət göstərirlər”.

İqtisadçı Azərbaycanda struktur islahatlarının davam edəcəyini bildirib:

“Stuktur islahatları çevik idarəetmə, xərclərə qənaət və xeyili dərəcə də şəffaf menecment deməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2011-ci ildə hazırladığı struktur islahatları paketində nəzərdə tutulan bir sıra təkliflər ötən müddətdə reallaşsa da, bir sıra təkliflərimizin növbəti dövrdə reallaşmasını məqsədəuyğun hesab edirik. CESD Azərsu, Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılmasını, İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılması, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qisminin isə İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsini (bu nazirliyin bazasında Yanacaq Energetika Departamentinin yaradılması) və digər islahatların aparılmasını təklif edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Yeni yaradılan nazirliyə Ramin Namiq oğlu Quluzadə nazir təyin edilib.