backend

Nənə 3 uşağı yol kənarına atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 1-də 3 uşaq nənələri tərəfindən yol kənarına atılıb. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. 

TİA.AZ xəbər verir ki, bu barədə Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli məlumat yayıb.

Onun sözlərinə görə, artıq 3, 5 və 6 yaşlı bu uşaqların hüquqi və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb: “İnsan nə qədər mənəviyyatını ehtirasına qurban verə bilər ki, 3 körpə uşağı ata və kiməsə qoşula gedə??? Bu azmış kimi getdiyi “kişinin” şəklinidə uşaqların əlindəki çantaya qoya. Təşəkkür ediləsi işmiş kimi…
3 uşaq nənələri tərəfindən yol kənarında baxımsız və kimsəsiz şəkildə atılıb. Uşaqlar qida, tibbi müayinə, yaşayış yeri və geyimlə təmin ediləcək. Uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək”.

Azərbaycan Uşaqlar Birliyindən bildirdilər ki, artıq uşaqların ailəsinin axtarışı ilə bağlı işlər başlanılıb.