“Ailə” serialının çəkimləri bitən kimi aktyorlar imiclərində dəyişiklik ediblər. Serialın əsas qəhrəmanlarından olan Kıvanc Tatlıtuğun imic dəyişikliyindən sonra, serialın digər aktyoru Nejat İşlər də imicini dəyişib.
Tribunainfo.az xəbər verir ki, sevilən aktyor saçlarını dibindən qırxdırıb, keçəl olub. Aktyorun yeni görüntüsü o qədər də bəyənilməyib. Qısa müddət ərzində saçları tökülən və saqqalı ağaran aktyorun yeni görünüşü sosial mediada da gündəm olub. Çoxları Nejat İşlərin yeni proje üçün imic dəyişdirdiyini bildirib.
Nigar