Nejat İşlər illər sonra yenidən seriala çəkilməyə razılıq verib.
Nejat İşlər illər sonra yenidən seriala çəkilməyə razılıq verib.
TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nejat İşlər 2013-cü ildə “İntiqam” serialında oynayıb, lakin səhhətindəki problemlərdən dolayı Bodrumdakı evinə köçüb orada yaşamağa qərar verib. İstedadlı aktyor bu illər ərzində ona gələn bir çox təklifi rədd edib. Məlum olub ki, aktyor 4 illik qaydasını pozub. Belə ki, “Kanal D” –də yayımlanan “Bodrum masalı” serialında çəkilməyə razı olub.
N.İşlər rolunun müqabilində həftəlik 25 min, aylıq 100 min TL (təxminən 50 min manat) alacaq. 44 yaşlı aktyor bu təklifi rəhbəri olduğu “Gümüşlükspor” futbol klubu üçün qəbul edib. Nejat İşlər hər ay qazandığı 20 min TL-ni klubuna xərcləyəcək. Onu da qeyd edək ki, aktyorun rolu təklif etməsi üçün həmkarı Şəvval Sam onu dilə tutmalı olub.