“Nəinki Rövnəq Abdullayev, bütün SOCAR rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”

“Nəinki Rövnəq Abdullayev, bütün SOCAR rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün nəinki Rövnəq Abdullayev, bütün SOCAR rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Bunlar Azərbaycan dövlətinə, dövlət başçımıza baş qaxıncıdırlar. Elə indi “dama” gedəsi adamlar var. Əlimdə faktlar var. Əvvəl dediyim faktların hamısı öz təsdiqini tapır. İndi məcburam, adbaad deyəm ki, bu şəxslər Azərbyacanın dövlət başçısına xəyanət edir, onun adından istfadə edib, Azərbaycanı dağıdırlar. Rövnəq Abdullayev və hazırda SOCAR-da olub, adı çəkilməyənlərin hamısı cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Daxili və xarici bankarlardakı hesablarına, dəniz kənarında tikdikləri villalara, saxladıqları ikinci arvadların adlarına nə varsa, hamısına həbs qoyulmalıdır. Azərbaycan xalqının adına fond açılmalıdır, xalqa yardım fondu. Mənimsədikləri milyardlar xalqa verilməlidir. Bunların dədələrinin pulu deyil ki. Adnan Əhmədzadə bu işləri görəndə görmürdülər? Dörd dəfə prezidentliyə namizəd olan insanam. Bu dövlət, dövlətçilik həm də mənim çiynimdə gedir. Kimlərlə vuruşdum, televiziyalarda kimlərlə butulka davasına çıxdım. Onda Hafiz Hacıyev yaxşı idi, indi həqiqəti deyəndə pis olur? Mən də hər şeyi açıb ortaya qoyacağam. Düşünürəm ki, cənab Prezidentə xəyanət edənlər artıq hamısı həbs edilməlidir. Rövnəq Abdullayev, Adnan Əhmədzadə kiçik adlardır. Böyük adlar yaxın günlərdə məlum olacaq”.

Bu sözləri Pravda.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Hafiz Hacıyev yaddaşını itirib? Pravda.az

“Neçə il bundan qabaq dedim ki, Rövnəq Abdullayevin oğlunun başına vurub iki milyonluq satını əlindən aldılar. Bəzi yoldaşlar mənə dedilər ki, sən niyə belə dedin, filankəsdən ayıbdır. Bunların hamısı oğrudur. Oğru bir olar, iki olar… Bizə deyirdilər ki, susun, danışmayın. İndi görürsünüz, mənim dediklərimin hamısı gəlib öz yerini tapır. SOCAR-da indi işləyənlərin də hamısının milyardları, trilyonları var. Niyə soruşmurlar? Kor idilər, görmürdülər ki, Adnan Əhmədzadə nələr edir, Azərbaycan dövlətinin əleyhinə nə işlərlə məşğuldur? Hamısı görürdü”, – o bildirib.