Dağıstanın Qunib rayonunda böyük qaya parçası uçaraq nəhəng toz buludu əmələ gətirib. Moderator.az yerli mediaya istinadla xəbər verir ki, bu haqda olay şahidləri “Instagram” şəbəkəsində məlumat verərək heyrətamiz video-görüntülər təqdim ediblər.
Maraqlı hadisə şənbə günü Moskva vaxti ilə saat 17:45-də Keger yaylasında baş verib.
Yerli sakinlərin sözlərinə görə, hadisə zamanı heç bir itki olmayıb. Rəsmi qurumlardan hələki açıqlama verilməyib.