Dünya birjalarında neft ucuzlaşıb. Dünya birjalarında neft ucuzlaşıb.
TİA.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,15% azalaraq 46,36 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,10% azalaraq 49,29 dollar olub.