backend

Neftin qiyməti bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının dövlət şirkəti “Saudi Aramco Oil Co.”-nun rəhbəri Amin Nasserin verdiyi açıqlamalar fonunda neftin qiyməti bahalaşmağa başlayıb. 

Səudiyyə Ərəbistanının dövlət şirkəti “Saudi Aramco Oil Co.”-nun rəhbəri Amin Nasserin verdiyi açıqlamalar fonunda neftin qiyməti bahalaşmağa başlayıb.

TİA.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,16 faiz artaraq 52,98 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1 faiz artaraq 56,42 dollar olub.

Qeyd edək ki, Amin Nasser ticarət məlumatlarına əsasən bidlirib ki, “qara qızıl” bazarında tələb və təklifin balansı öz yerini tutmağa başlayıb.