Liviyada neft kəmərində baş verən partlayışdan sonra dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
TİA.AZ xəbər verir ki, İCE London birjasında Brent markalı neft 2,64 faiz bahalaşaraq barelli 67,02 dollar olub.
Sonuncu dəfə Brent markalı neft 2015-ci ilin mayın 18-də 67 dollarlıq həddi keçmişdi.