Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edib.
Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edib.
TİA.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar bahalaşaraq 53,02 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar artaraq 55,16 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,81 dollar və yaxud 1,44% azalıb. “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 55,42 dollara bərabər olub.