Neftçilər Xəstəxanası tibb şirkətindən mebel alırbackend

Neftçilər Xəstəxanası tibb şirkətindən mebel alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Neftçilər Xəstəxanası növbəti tenderin yekun vurub. Tribunainfo.az xəbər verir ki, tibb ocağı yumuşaq mebel, inventar və geyim dəstləri almaqla bağlı satınalma müqaviləsi imzalayıb.
Belə ki, “GİLL MED” MMC ilə anlaşan Neftçilər Xəstəxanası 146 735 manatlıq müqavilə imzalayıb.
Maraqlı məqam odur ki, “GİLL MED” MMC tibbi avadanlıq və geyimlərin satışı üzrə ixtisaslaşıb. Bu şirkətin yumuşaq mebel və inventar satışı təşkil etməsi heç bir açıq resurslarda təsdiqlənmir. Belə olan halda, Mərkəzi Neftçilər Xəstəxanası tibbi avadanlıq və geyim satan şirkətdən hansı əsasla mebel alacaq?
Xatırladaq ki, şirkət 2020-ci ildə yaradılıb. MMC-nin qanuni təmsilçisi isə Rüstəm Xudu oğlu Məmmədovdur.
Dövlətə 11 min manat vetgi borcu olan bu şirkət hələ keçən il də tenderlərdə aktiv olub. Belə ki, “Gill Med” MMC 2023-cü ilin son 40 günü ərzində 11 satınalma müqaviləsi bağlayıb. Onların arasında Beyləqan, Ağcabədi, Xaçmaz və digər rayonların mərkəzi xəstəxanaları və Bakıdakı iri tibb ocaqları var. Qəribə haldır ki, sözügedən şirkət həmin xəstəxanalara yalnız tibbi ləvazimat və geyim satıb. Yeganə Mərkəzi Neftçilər Xəstəxanasıdır ki, “GİLL MED” yumuşaq mebel və inventar satacaq. Haradan, necə, məlum deyil.