“Neftçi” – “Sumqayıt” matçı qar səbəbindən təxirə salınacaq?

“Neftçi” – “Sumqayıt” matçı qar səbəbindən təxirə salınacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Misli Premyer Liqasının XXIV turunun açılış matçı olan “Neftçi” – “Sumqayıt” oyunu qar səbəbindən təxirə salına bilər.

Bu barədə açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat katibi Sənan Abdullayev bildirib.

“Səhər saatlarından hər şey diqqət mərkəzindədir. İlk olaraq “Neftçi Arena”ya əlbəttə diqqət ayırmışıq. Stadionun saat 14:00-dək hazır vəziyyətə gətirilməsinə çalışılacaq. Plana uyğun hərəkət edirik”, – deyə S.Abdullayev qeyd edib.

Qeyd edək ki, qarşılaşma təxirə salınmayacağı təqdirdə saat 19:00-da start götürəcək.