“Neftçi” baş məşqçisi Roman Qriqorçukla yollarını ayırmağı planlaşdırır.
Baş məşqçi özü klub rəhbərliyinə komandadan getmək istədiyini bildirib.
Ukraynalı mütəxəssis “Neftçi”dən getməyə hazır olduğunu və müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi üçün heç bir təzminat tələb etməyəcəyini də qeyd edib.
Bu gün klub rəhbərliyi ilə Qriqorçuk arasında görüş olacağı və 59 yaşlı mütəxəssislə bağlı qərarın veriləcəyi bildirib.
Qeyd edək ki, “Neftçi” çempionatda 9 turdan sonra cəmi 5 xalla 9-cu yerdədir. Premyer Liqada ardıcıl 10 oyundur ki, qələbə qazanmayan “ağ-qaralar” tarixinin ən uğursuz dövrünü yaşayır.
Əlavə edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. /qol.az